Onkoloji xəstənin vəziyyəti ağırlaşdı, məhbuslar isə məsələyə etiraz edərək ayağa qalxdı

Aylardır onkoloji xəstəlikdən əziyyət çəkən ruhani Ələddin İbişovun vəziyyəti ağırlaşıb. Məhbusların yardımı ilə zəruri ehtiyaclarını zorla ödəyən Ələddinin sentyanrın 20-də səhhətində kəskin ağrılar yaşanıb. Başında xərçəng şişi müəyyən edilən ruhani iki dəfə huşunu itirdikdən sonra cəza çəkdiyi 17 saylı müəssisənin məhbusları məsələyə müdaxilə etməli olublar.
Həbsxana rəhbərliyi ilə görüşən inanclılar artıq son nəfəsini çəkən Ələddin İbişova təcili yardım göstərməyi təkid ediblər. Müəssisə rəhbərliyi məsələnin nəzarətdə olduğunu bildirərək bir daha Ədliyyə rəsmilərinə bununla bağlı xəbər verəcəyini bildirib.
Təəssüf ki, 24 saat keçməsinə baxmayaraq ölümlə çarpışan inanclıya heç bir yardım göstərilməyib. Nəticədə sentyabrın 21-də Ələddin İbişov növbəti dəfə bayılaraq huşunu itirib. Bundan sonra əksər məhbuslar ayağa qalxıb, ölümün qoynuna ümidsiz buraxılan onkoloji xəstənin vəziyyətinə kəskin etiraz nümayiş etdiriblər.
Müəssisə rəhbərliyi məsələni əlaqədar təşkilatlara çatdırdığını, tezliklə Ələddin İbişovu Penitensiar Xidmətin Müalicə mərkəzinə köçürəcəklərini bildirib. Məhbuslar isə Ələddinin artıq köçürülməyə qədər yaşaya bilməməsini, başındakı şişin onun həyatını sona yetirdiyinə diqqət yönəldərək tibbi mərkəzin işə müdaxiləsini tələb edirlər ki, Ələddin həyatının son günlərini ailəsi ilə birlikdə keçirsin.
Əslən Yardımlı rayonundan olan Ələddin İbişov ruhanidir. O, Bakının Binə qəsəbəsində yaşayır. 2023-cü ilin aprelin 8-də yaşadığı qəsəbədə həbs edilib. Narkotik ittihamı ilə şərlənən ilahiyyatçı saxlanıldığı zaman məcburi narkotik maddəni qəbul edilməsinə zor tətbiq edilir. Bunu rədd edən ilahiyyatçı amansız fiziki işgəncələr yaşayır.
Şüvəlan təcridxanasında olan zaman Ələddin İbişovun səhhəti ilə bağlı ilk narahatlıqları, işgəncənin fəsadları özünü göstərməyə başlayır. Adi ağrıkəsicilərlə başlayan “müalicə” getdikcə aktiv ağrı ocağını genişləndirir.
3 il azadlıqdan məhrum olunan ruhani 2024-cü ilin aprelində 17 saylı cəzaçəkmə müəssisəsinə köçürülür və burada onun durumu ağırlaşır. 2024-cü ilin mayında Penitensiar Xidmətin Müalicə Mərkəzinə köçürülən inanclı burada müalicələr almağa başlayır. Lakin onun vəziyyəti, başındakı şiş onun səhhətini getdikcə daha da ağırlaşdırır. Hətta o, xəstəxanada dörd ayaqlı çəliyin köməyi ilə güclə yeriyə bilir.
Səhhəti ilə bağlı həbsdən vaxtından əvvəl azad olunması ilə bağlı müraciətlər isə xəstəxananın onun onkoloji xəstə olması ilə bağlı epkriz verməməsi səbəbindən yubanır. Bütün problemlər isə həqiqətdə onun şiə ruhanisi olaraq sərt cəza növünə məruz qalması gerçəkliyi ətrafında dolaşır.
1 il 2 ay Müalicə Mərkəzində qalan ilahiyyatçı 2025-ci ilin iyununda yenidən cəza çəkdiyi 17 saylı müəssisəyə geri göndərilir. Müəssisə isə onu 14 gün karantinə salmaqla sankı heç nə olmamış kimi davranmağa çalışır. Karantində olan məhbusların artıq hərəkət imkanlarını tamamilə itirdiyini bildirdiyi Ələddin İbişovla bağlı etiraz və həbsxanada məhbusların narahatlığı, müəssisə rəhbərliyinin ruhanini 2 gündən sonra karantində saxlamadan həbsxanaya buraxmasına gətirib çıxarır.
Dəhşətli fakt odur ki, döyülərək onkoloji xəstəyə çevrilən İbişov müəssisədə də xüsusi bir diqqətlə qarşılanmır. Yalnız müəssisə rəhbərliyi onu komissiyaya salaraq həbsdən vaxtından əvvəl azad olunması ilə bağlı müsbət rəy verməsindən başqa.
İki aydır ki, Ələddin İbişov məhbusların yardımı ilə adi təbii ehtiyaclarını belə gerçəkləşdirəcək vəziyyətdədir. Bu zamanda müəssisə rəhbərliyinə dəfələrlə vaxtından əvvəl azad olunması ilə bağlı müraciət etsə də, bu günə qədər müraciətlər yalan vədlərlə cavabsız qalıb. Son iki gündə isə ağrılar səbəbindən bir neçə dəfə huşunu itirən Ələddin İbişov hal-hazırda ölümlə çarpışır. Qanunvericiliklə belə həbs çəkmək qüdrəti olmayan ruhani hələ də həbsxana divarları arasındadır ağır vəziyyətdə qalmaqdadır.