"Xeberman" saytının rəhbəri Polad Aslanovun avqustun 29-dan başladığı aclıq aksiyasını sentyabrın 21-dən dayandırdığı bildirilir. Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova məlumat verib.
Xanımının vurğulamasına görə, P.Aslanov aclıq aksiyasını Penitensiar Xidmət rəis müavini Fikrət Qafarovla görüşdən sonra dayandırıb. Aslanova əlavə edib ki, həyat yoldaşına tibbi müayinələrin aparılacağı və başqa vədlər verilib.
Bu deyilənləri Penitensiar Xidmətdən dəqiqləşdirmək mümkün olmayıb.
Yaxınları, onun avqustun 29-da aclıq aksiyasına başladığını bildirmişdi. Ailəsinin deməsinə görə, onda o buna səbəb kimi, əsasən, saxlandığı müəssisənin tibb məntəqəsinin mətbəx və soyuducusundan istifadəyə qadağa qoyulmasını göstərmişdi. Daha əvvəl isə müayinə olunduğu və onun nəticələrinin ona verilmədiyini bildirmişdi.
8 sentyabr
Xanımı Polad Aslanovun səhhətinin pisləşdiyini deyir
"Xeberman" saytının rəhbəri Polad Aslanovun saxlandığı 15 saylı Cəzaçəkmə Müəssisəsində səhhətinin pisləşdiyi bildirilir.
Bu barədə bu gün, sentyabrın 8-də onun həyat yoldaşı Gülmirə Aslanova məlumat verib. Onun sözlərinə görə, P.Aslanov onunla telefon danışığı zamanı gecə saatlarında tibbi şok keçirdiyini söyləyib.
"Dedi ki, onu titrəmə tutub, ayaqlarını hiss etməyib, ayıla bilməyib, yataqda bir neçə dəqiqə köməksiz vəziyyətdə qalıb", - G.Aslanova bildirib.
O əlavə edib ki, həyat yoldaşı əllərinin uyuşduğunu və çox soyuq olduğunu deyib.
G.Aslanovanın sözlərinə görə, 15 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Ramiq Nəsibov hələ də P.Aslanovun aclıq aksiyasına başlamağı ilə bağlı ərizəsini qəbul etməyib. Onun vurğulamasına görə, buna görə də həyat yoldaşı digər məhbuslardan təcrid olunmayıb və həkim nəzarətinə götürülməyib.
1 sentyabr
Xanımı Polad Aslanovun həbsdə ayrıseçkiliklə üzləşdiyini deyir
"Xəbərman" saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova ərinin aclıq aksiyasına başladığını bildirib. Onun deməsinə görə, P.Aslanovla danışıb: "29.08.2025-ci il tarixindən 10 aydır ona apardığım hazır yeməkləri qızdırmaq üçün gün ərzində cəmi 30 dəqiqə istifadə etdiyi mətbəxə buraxılmadığı üçün aclıq aksiyasına başlayıb. 15 saylı ciddi rejimli Cəzaçəkmə Müəssisəsinə yeni rəis təyin olunmuş Ramiq Nəsibov (bundan əvvəl rəis müavini idi) ona söz verib ki, problem həllini tapacaq".
Onun deməsinə görə, problem davam etsə, etirazlara da davam edəcəklər.
Bu deyilənlərə 15 saylı Cəzaçəkmə Müəssisəsi və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Amma Xidmətdən, bir qayda olaraq, bildirirlər ki, məhbuslarla qanun çərçivəsində davranırlar.
22 avqust
Xanımı Polad Aslanovun müayinə cavablarının gecikdirildiyini deyir
"Xəbərman" saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova ərinin müayinə cavablarının qəsdən gecikdirildiyini bildirir.
G.Aslanova vurğulayır ki, həyat yoldaşı iyulun 18-də saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsində ultrasəs müayinəsindən keçsə də, cavablarını hələ də onlara vermirlər: "Cəzaçəkmə müəssisəsində onu müayinə edən Müalicə Müəssisəsinin həkim əməkdaşı şifahi şəkildə Polad Aslanova qaraciyərində problemin olduğunu söyləyib. Polad Aslanov dəfələrlə 15 saylı Cəzaçəkmə Müəssisəsinin həkimindən müayinə cavablarını tələb etsə də, vermirlər".
Həyat yoldaşı P.Aslanovun müayinə nəticələrinin qəsdən verilmədiyini düşünür.
O, həmçinin ərinin tibbi yardımdan narazı olması ilə bağlı Ombudsmana etdiyi şikayətinin iyunun 30-da Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə göndərildiyini açıqlayıb: "İyulun 31-də Tibb Baş İdarəsi cavab verib ki, Polad Aslanov 2020-ci ildə (həbsindən 1 il sonra) Bakı İstintaq Təcridxanasına qəbul olunarkən müayinələrdən keçirilib və "Praktiki sağlam" kimi qeydiyyata götürülüb. Tibb Baş İdarəsinin rəisi Cəmil Kamilli, diqqətinizə çatdırım ki, hazırda 2025-ci ildir, qeyd etdiyiniz tarixin üzərindən 5 il keçib".
Aslanova vurğulayıb ki, hazırki tələbləri yalnız ultrasəs müayinəsi cavablarını əldə etməkdir. O hesab edir ki, P.Aslanovun sağlamlığı ilə oynayırlar.
Bu açıqlamaya Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
P.Aslanov 2019-cu ilin iyununda saxlanılıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə 16 il azadlıqdan məhrum edilib. Aslanov ittihamları qəbul etmir və həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirir. Sonradan Ali Məhkəmə Aslanovun həbs müddətini 13 ilə qədər azaldıb.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 370-dən çox siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
Xanımı: 'Polad Aslanov aclıq aksiyasını dayandırıb'