İran xarici təzyiqlər qarşısında geri addım atmayacaq.
Bu barədə İslam İnqilabının Ali lideri Ayətullah Xamenei bəyan edib.
İslam Respubliasının nüvə proqramı barədə danışan Ayətullah Xamenei deyib ki, İran bu sahədə mühüm nailiyyətlər əldə edərək yüksək pillələrə yüksəlib.
“Nüvə silahı hazırlamaq istəyən bəzi ölkələr nüvəni 90 faizədək zənginləşdirirlər. Lakin bizim nüvə silahına ehtiyacımız olmadığı üçün və onun olmaması barədə qərar qəbul etdiyimiz üçün nüvənin zənginliyini bu səviyyəyədək qaldırmadıq, biz 60%-də dayandıq ki, bu da olduqca yüksək göstəricidir və bizim bir sıra daxili tələbat və ehtiyaclarımız üçün lazımlıdır“, – deyə o qeyd edib.
Ayətullah Xamenei vurğulayıb ki, dünyadakı 200-dən çox ölkədən yalnız 10-u nüvəni zənginləşdirməyi bacarır və həmin 10 ölkədən də biri İslam Respublikasıdır və o əlavə edib ki, digər ölkələrin atom bombası olsa da, İranın belə bir silahı yoxdur, onu düzəltmək niyyətində də deyil.
İranın Ali lideri ölkənin inkişafına mane olmağa hesablanmış təzyiqlərin nəticəsiz qaldığını xatırladıb: “Bizi hətta danışıqların ən qızğın vaxtında da bombaladılar, lakin bu, bizə mane ola bilmədi“.
O, həmçinin bildirib ki, ABŞ ilə olan danışıqlar hazırda heç bir fayda verməyəcək – onların nə xeyri olacaq, nə də ziyandan müdafiəsi.
Ayətullah Xamenei qeyd edib ki, bəzi tərəflərin İrana qarşı irəli sürdüyü tələblər, o cümlədən də raketlərin mənzilinin 500 km-dən az olması tələbi rəsmi Tehran üçün məqbul deyil və heç bir ləyaqətli şəxs bu şərtləri qəbul etməz.
İslam İnqilabının Ali lideri vurğulayıb ki, İranın milli təhlükəsizlik və milli maraqları məsələlərində İslam Respublikası qəti şəkildə öz mövqeyində duracaq.
Bundan başqa, o deyib ki, İran xalqının birliyi və həmrəyliyi ölkəyə qarşı hücumlar zamanı düşmənin planlarını pozub, buna görə də düşmən İran daxilində fitnə və təfriqə salmağa çalışır, lakin İran xalqı düşmənin müqabilində möhkəm polad yumruq kimi bir olacaq.
Xatırladaq ki, İran hər zaman bəyan edib ki, ölkənin nüvə silahı yaratmaq fikri yoxdur, nüvə proqramı isə yalnız dinc məqsədlər daşıyır.
Ayətullah Xamenei nüvə silahı barədə danışdı