Fransa prezidenti Emmanuel Makron BMT-də keçirilən Fələstinlə bağlı sammitdə ölkəsinin Fələstini dövlət kimi tanıdığını elan edib. “Le Monde” xəbər verir ki, onun ardınca Monako və Lüksemburq da eyni qərarı açıqlayıb.
Makron çıxışında bildirib ki, “Fələstində ərəb dövlətinin yaradılması vədi hələ də yerinə yetirilməyib”:
“Biz hələ də Yaxın Şərqdə ədalətli və davamlı sülh qura bilməmişik. Bu, kollektiv məsuliyyətimizdir. Fələstin xalqının qanuni hüquqlarının tanınması İsrail xalqının hüquqlarını heç vaxt azaltmır. Əksinə, bu tanınma İsrailə sülh gətirəcək yeganə çıxış yoludur”.
“Reuters” yazır ki, Makronun çıxışında İsrail nümayəndələri iştirak etməyib.
Fransa artıq iyul ayında Fələstini tanıyacağını bəyan etmişdi. Makron İsraillə Fələstin arasında sülh prosesinin bərpasına çağıraraq, “iki dövlət, iki xalq üçün” prinsipinin - yəni, tarixi Fələstin torpaqlarında həm yəhudi, həm də ərəb dövlətlərinin mövcudluğunun - vacibliyini vurğulayıb.
Son aylarda bir sıra ölkələr ardıcıl olaraq Fələstini tanıyıb. Mayın 22-də Norveç, İrlandiya və İspaniya, sentyabrın 21-də isə Böyük Britaniya, Kanada və Avstraliya bu addımı atıblar.
Bu qərarlar İsrailə təzyiq göstərmək və 2023-cü ilin payızında HƏMAS-ın hücumundan sonra başlayan Qəzza müharibəsini dayandırmağa məcbur etmək məqsədi daşıyır. Getdikcə daha çox tədqiqatçı və hüquq müdafiəçisi bu münaqişəni “fələstinlilərin soyqırımı” kimi xarakterizə edir.
İsrail isə Avropa ölkələrinin bu qərarını kəskin tənqid edərək, onların HƏMAS-a xidmət etdiyini iddia edir.
Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas isə BMT Baş Assambleyasında çıxışında açıq bəyan edib:
“HƏMAS gələcəkdə Fələstinin idarə olunmasında heç bir rola sahib olmayacaq”.
Abbasın sözlərinə görə, Qəzzanın müharibədən sonrakı idarəçiliyinin əsas şərti bölgənin tam demilitarizasiyası və radikal islamçı qruplaşma HƏMAS-ın hakimiyyətdən uzaqlaşdırılmasıdır.
Fransa, Monako və Lüksenburq da Fələstini dövlət olaraq tanıyıb