İtaliyanın Milan şəhərində Fələstin xalqı üçün humanitar missiyaya və Qəzza əhalisinə dəstək məqsədilə keçirilən aksiyada nümayişçilər ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma olub.
Məlumata əsasən, şəhərin mərkəzi dəmir yolu stansiyasında baş verən qarşıdurmalarda 10 aksiya iştirakçısı həbs edilib, 60 polis əməkdaşı yaralanıb.
İtaliyanın Baş naziri Ciorcia Meloni Milanda baş verənləri utancverici hadisə adlandırıb. Bildirib ki, hüquq-mühafizə orqanları ilə qarşıdurmaların həmrəyliklə heç bir əlaqəsi yoxdur və bu, Qəzzadakı insanların həyatını zərrə qədər dəyişməyəcək.
Paytaxt Romada isə Qəzza xalqına dəstək nümayişində 30 minədək insan iştirak edib. Bolonyada dövlət əhəmiyyətli avtomobil yolu aksiyaya görə bağlanıb. Genuyada 20 min nəfər aksiyada iştirak edib.
Milanda Qəzzaya dəstək aksiyasında nümayişçilərlə polis arasında qarşıdurma baş verib