Daha bir inanclı saxlanılıb

İnanclıların həbsi davam edərkən bu gün (22 sentyabr) daha bir inanclı saxlanılıb. Məddahlıq fəaliyyəti ilə məşğul olan Məmmədov Əsgər Eyvaz oğluna telefon zəngi edən naməlum şəxs onu keçirilən məclisə dəvət edir və görüş yerini Əsgərin kirayədə yaşadığı Xırdalan olaraq bildirir.

Görüş yerinə gələn inanclını burada mülki geyimdə gözləyən altı nəfərlik heyət qarşılayır. Sistemləşdirilmiş bu cür saxlamalar şübhəsiz ki, qanunsuz həbsin baş verməsinə əyani sübutdur. Əks halda, hər kəs dəvət alsa, polis idarəsinə gələ bilər və belə olan halda gələn şəxsin “üzərində narkotik vasitə” ittihamına heç bir halda həqiqət donu geyindirmək mümkün olmazdı.

Praktikada belə hallar – polis idarəsinə dəvət olunan şəxsin üzərindən narkotik maddələrin aşkarlanması – yaşanaraq cəmiyyətdə qınaq obyektinə çevrilir və məhkəmə dövründə də ittihamın əksinə dəlil kimi istifadə olunur. Hazırkı həbslər məhz bu formada həyata keçirilir.