Filippinlərin paytaxtı Manilada son illərin ən böyük etiraz aksiyası – “Bir trilyon peso yürüşü” keçirilib. Aksiyada əsasən tələbələr və fəallar olmaqla 80 mindən çox insan iştirak edib. Onlar hökuməti dağıdıcı daşqınlarla mübarizə üçün ayrılmış vəsaitləri mənimsəməkdə ittiham edirlər.
Pullar itib, lakin təbii fəlakətlərin nəticələri hələ də aradan qaldırılmayıb. Kütlə təkər yandırıb, daş və butulkalar atıb, hökumət binalarını dağıdıb. Təxminən 40 polis xəsarət alıb, 17 nəfər saxlanılıb.
The Guardian-ın məlumatına görə, büdcədən təxminən 17,6 milyard dollar oğurlana bilər. Sosial şəbəkələrdə məmurların dəbdəbəli evlərini göstərən görüntülər sürətlə yayılır. Maliyyə naziri daha əvvəl etiraf etmişdi ki, korrupsiya infrastruktur vəsaitlərinin 70%-ə qədərini “yeyir”.
İnsanlar məmurların əmlaklarını açıqlamalarını tələb edir və hökumət susmağa davam edərsə, yeni aksiyalar keçirəcəklərini bildirirlər.
Oğurlanmış milyardlara görə on minlərlə filippinli küçələrə çıxdı