Yetim və ehtiyaclılara xidmətin miqyasını genişləndirin – Ayətullah Sistani

İraqda ali dini rəhbər Ayətullah Əl Üzma Seyid Əli Hüseyni Sistani “Əl-Əyn” Beynəlxalq Sosial Yardım Fondunun nümayəndə heyətini qəbul edib.

Fondun yaydığı bəyanatda bildirilir ki, bu ziyarət Beynəlxalq Konfrans iştirakçılarının səfəri çərçivəsində həyata keçirilib. Nümayəndə heyətinə fondun ümumi rəhbəri, onun müavini, Mərcəiyyətin Müsənnə vilayətindəki nümayəndəsi, beynəlxalq fondun rəhbəri, habelə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən ofislərin təmsilçiləri daxil olub.

 

Seyid Sistani xeyriyyə işlərinin gücləndirilməsini tövsiyə etdi

Bəyanatda qeyd olunur ki, Ayətullah Sistani nümayəndə heyətinə xeyriyyə fəaliyyətlərinin inkişaf etdirilməsi və gücləndirilməsinin vacibliyini vurğulayan dəyərli nəsihətlər verib. O, fondun yetimlərə və ehtiyac içində olan insanlara göstərdiyi xidmətləri yüksək qiymətləndirib və bu sahədəki səyləri daima dəstəklədiyini bildirib.

Ayətullah Sistani həmçinin, fondun fəaliyyətlərinin humanitar və ali mənəvi dəyərlərə əsaslanmasının zəruriliyinə toxunaraq, bu dəyərlərin qorunub saxlanılmasını vacib sayıb.