Kazimeyn ziyarətgahı matəmə büründü

 Kazimeyn İmam Sadiqin (ə) şəhadət ildönümünü qarşılamaq məqsədilə matəm və kədər rəmzləri ilə bəzədilib. Müqəddəs hərəmin eyvan və sütunlarına qara parçalar və Əhlibeytə aid hədislər asılıb.

Kazimeyndə “Cəfəri Həftəsi”

Bundan əlavə, Kazımeyndə bu münasibətlə xüsusi dini, elmi, maarifləndirici və əzadarlıq proqramları keçiriləcək. Bu tədbirlər “Cəfəri Həftəsi” çərçivəsində, “Salam olsun sənə, ey sadiqlərin öndəri” şüarı altında keçirilir. Məqsəd isə Nübüvvət Əhli-Beytinə (ə) olan beyət və sədaqətin yenilənməsidir.

Bununla yanaşı, müqəddəs türbənin bütün şöbələri tam hazırlıq vəziyyətinə gətirilib və Hüseyni matəm karvanlarını, həmçinin gələcək zəvvarların qəbuluna hazır olmaq üçün səylər səfərbər olunub.

Qeyd etmək lazımdır ki, İmam Cəfər Sadiq (ə) hicri 148-ci il Şəvval ayının 25-də, 65 yaşında ikən, Abbasi xəlifəsi Mənsur tərəfindən gizlicə verilən zəhərin təsiri ilə şəhid olmuşdur. O həzrət Mədinə şəhərində, Peyğəmbər məscidinin yanında yerləşən Bəqi qəbiristanlığında dəfn olunmuşdur.

 

 

Az.rasthaber.com