Bu gün vəkil Fəxrəddin Mehdiyev Qobustan həbxanasında Tale Bağırzadə ilə görüşüb. Bu barədə məlumatı vəkil özü bildirib. Onun söylədiyinə görə Tale Bağırzadənin hərarəti yüksək olaraq qalır. Lakin o, polis idarələrindəki Allahın təhqir olunması hallarına hüquqi qiymət verilməyənə qədər aclığını davam etdirməkdə israrlıdır. Vəkil T. Bağırzadənin Allahın təhqirinə yönəli addımlar atan şəxslər cəzalanmayana qədər o bu addımdan dönməyəcəyini söyləyərək ilahiyyatçı bir daha özünə deyil, Allahın təhqirinə bütün fikirlərin yönəlməsinə təkid edib.
Vəkil Fəxrəddin Mehdiyev: “Tale Bağırzadənın hərarəti yüksək olsa da, aclıq aksiyasını davam etməyə qətiyyətlidir”