Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşı qətlə yetirilib

ABŞ-ın paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb.

Bu barədə "CBS News" telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

İnsident yerli vaxtla saat 21:15 radələrində (Bakı vaxtı ilə cümə axşamı 05:15) baş verib.

Telekanalın məlumatına görə, səfrilik əməkdaşları paytaxtdakı Yəhudi Muzeyində keçirilən tədbirdən çıxdıqları zaman atəşə tutulublar.

Qətlə yetirməkdə şübhəli bilinən şəxs salxanılıb.

Şübhəli şəxsin atəş açan zaman "Azad Fələstin" şüarı səsləndirdiyi bildirilib.

ABŞ Baş prokuroru Pem Bondinin hadisə yerinə getdiyi vurğulanıb.