İşgəncələrə qarşı Azərbaycan Komitəsi Qazax rayon Polis Şöbəsində baş verən ölümlə bağlı araşdırma aparıb.
Oxu.Az xəbər verir ki, komitə sədri Tural Hüseynovun Trend-ə verdiyi məlumata görə, araşdırma zamanı polis şöbəsində dünyasını dəyişən Elmir Axundovun bir gün əvvəl rayonda “Polisə İctimai Dəstək” üzvü ilə dalaşdığı məlum olub:
“E.Axundov həmin şəxslə bağlı prokurorluğa, “Polisə İctimai Dəstək” üzvü isə iki dişini qırdığı üçün E.Axundovla bağlı polisə şikayət edib. Polisə daxil olan şikayət əsasında şöbəyə çağırılan E.Axundov özünü pis hiss edib, dərhal xəstəxanaya aparılıb və xəstəxanada dünyasını dəyişib. E.Axundovun bədənindəki izlər isə dalaşdığı zaman aldığı xəsarətlər olub”.
Komitə sədri deyib ki, E.Axundov əvvəllər üç dəfə məhkum olunub.
Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Qazaxda polis şöbəsindəki ölümlə bağlı - AÇIQLAMA

Oxşar xəbərlər