Müsәlman Birliyi Hәrәkatının bir qrup üzvü 26 yanvar tarixində Bakıda yerləşən uşaq evlərindən birinə baş çəkib. Onlar 2017-ci il 25 yanvar tarixindә Nardaran məhbuslarına verilən ağır həbs cəzaları münasibəti ilə bu addımı atdıqlarını bildirib. "Keçən ilin bu günü 18 nəfərə haqsız yerə ən ağır cəzalar verildi. Tale Bağırzadə, Abbas Hüseynov 20 il azadlıqdan məhrum edildi. Guya, onlar terrorçudular, mütəşəkkil dəstə yaradıb dövlət çevrilişi etmək istəyiblər, amma hamı bilir ki, bu yalandır. Onlar azadlıqda olanda tez-tez uşaq evlərində baş çəkərdilər. Biz də bu gün onların mesajını cəmiyyətə çatdırmaq istədik: Onlar terrorçu yox, Azərbaycan xalqını sevən, ölkədə əmin-amanlığın, sülhün olmasını istəyən insanlardır" - hazırda həbsdə olan ilahiyyatçı Tale Bağırzadənin həyat yoldaşı Leyla Bağırzadə Rakurs TV-ə belə deyib.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur da ziyarət barədə təəssüratlarını sosial şəbəkədə paylaşıb:
"Bu gün Nardaran 1 işində oxunan hökmdən bir il keçir. Keçən il bu gün qurulmuş ədalətsiz məhkəmədə 18 nəfərə hökm oxundu. Bu gün də biz ailələr ədalətsizliyə qarşılıq olaraq ədalətlə cavab vermək istədik və uşaq evlərindən birini ziyarət etdik. Uşaqlar bizə tez isinişdi. Hətta istədikləri oyuncaqları siyahıya da aldıq və söz verdik ki,yaxında onları yenə ziyarət edəcəyik".
Xatırladaq ki, 2015-ci il 26 noyabr tarixində Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun Nardaran qəsəbəsində birgə keçirdiyi əməliyyatda 4 dinc sakin və 2 polis əməkdaşı hələk olub. Bu hadisələrə görə ümumilikdə 100-ə yaxın şəxs ölkənin müxtəlif yerlərində saxlanılıb. Aralarında Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadənin də olduğu 18 nəfərlik qrupa 280 ilədək həbs cəzası verilib. Tale Bağırzadə və Abbas Hüseynov 20, digərləri 10 ildən 19 ilədək azadlıqdan məhrum edilib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı Nardaran əməliyyatından 13 gün sonra - dekabrın 9-u "Facebook" sosial şəbəkəsində etdiyi paylaşımlara görə saxlanılıb. Məhkəmə ona 10 il həbs cəzası verib.
Saxlanılanlar ittihamları qəbul etmir, polislərin öz əməliyyat yoldaşarı tərəfindən öldürüldüyünü bildirirlər. Onlar məhkəmə ifadələri zamanı dəhşətli işgəncələrə məruz qaldıqlarını deyiblər.
İlahiyyatçı Tale Bağırzadə hakimiyyəti sərt tənqid etməsi ilə tanınır.
Leyla Bağırzadə: "Onlar terrorçu yox, Azərbaycan xalqını sevən insanlardır" - Foto

Oxşar xəbərlər