Twitter Meta-nı məhkəməyə verməklə hədələyir

 

 

Twitter şirkəti (İlon Maska məxsusdur) Facebook və Instagram-ın sahibi olan Meta platformasını Twitter-in rəqibi saydığı "Threads"-i işə saldığı üçün məhkəməyə verməklə hədələyir.

Semafor-un məlumatına görə, Twitter-in hüquqşünası Alex Spiro Meta şirkətinin rəhbəri Mark Zukerberqə göndərdiyi məktubda Meta-nı “Twitter-in ticarət sirlərini və digər əqli mülkiyyətini sistemli, zərərli mənimsəməkdə” ittiham edib.

Vəkilin iddiasına görə, Threads şəbəkəsini yaradan zaman Meta Twitterin "ticarət sirləri və digər yüksək həssas məlumatlara" çıxışı olan bir sıra keçmiş əməkdaşlarını işə götürüb.

Amma Threads-in mətbuat katibi Endi Stoun bu ittihma cavab olaraq yeni texniki komandada bir nəfər də olsun keçmiş Twitter əməkdaşı olmadığını bəyan edib.

Twitter-in sahibi İlon Mask Threads-in yaradılmasını şərh edərkən “Rəqabət -bu yaxşıdır, amma aldatmaq -yox”-deyə vurğulayıb.

Bu həftənin ortalarında istifadəyə verilən Threads-ə artıq 30 milyona yaxın insan qoşulub. Məlumatda o da xatırladılır ki, Meta rəhbərliyi əvvəlcə bu şəbəkənin Twitter-ə alternativ olacağını bildirib.

Threads-də 500 simvoluq mətinlər və beş dəqiqəlik videolar yerləşdirmək mümkündür.

İndi proqram Rusiya da ( Rusiyada VPN vasitəsilə) daxil olmaqla yüzlərlə ölkədə Apple və Google mağazalarında mövcuddur.

Avropa Birliyində qanuni məhdudiyyətlər səbəbindən Threads-i hələ yükləmək mümkün deyil.