Qondarma narkotik ittihamı ilə şərlənərək həbs edilən Bəxtiyar Novruzov vərəm bəhanəsi ilə başqa müəsisəyə köçürülərək karserə salınıb
Bəxtiyar Novruzov inanclıların kütləvi həbsləri zamanı saxlanılıb. 2023-cü ilin martında şərlənən inanclı, həbsi dövründə səhhəti ilə bağlı heç bir narahatlıq yaşamayıb. Lakin həbs həyatının ilk ilində onda ciddi qızdırma, halsızlıq müşahidə edilməyə başlayıb.
O, 2024-cü ilin yayında cəza çəkdiyi 17 saylı müəssisədə, vəziyyətinin ağırlaşması səbəbindən tibbi müayinədən keçirilib və onda ağ cigər vərəmi diaqnozu müəyyən edilib. Bundan sonra Bəxtiyar, Penitensiar Xidmətin 3 saylı İxtisaslaşdırılmış Cəzaçəkmə Müəssisəsinə “Tub Zon”a köçürülür. Burada müalicə olan inanclı olduqca həssas bir vəziyyətdə öz səhhətinə ciddi nəzarət edərək xəstəliyinin bir daha irəliləməməsi üçün onu qoruyur.
Bəllidir ki, həbsxana həyatında bu nəqədər çətin və bəzən mümkünsüzdür. Bir neçə gün öncə Bəxtiyar Novruzov müəsisə rəhbəri Şəfaət Abbasovun qəbulunda olaraq cəzasının əsas hissəsinin bitirilməsi və qalan hissəsindən vaxtından əvvəl buraxılması ilə bağlı müraciət etsə də rədd cavabı alır. Həbs həyatında hər hansı qanun pozuntusu yaşamadığını, vərəm xəstəliyindən əziyyət çəkdiyini və qanunla cəzasının çəkilmədiyi hissəsindən azad olunma hüququna malik olduğunu söyləsə də Şəfaət Abbasov ona bildirib ki, kimin məhkəməyə düşəcəyini o müəyyən edir və haçan da lazım bilsə onu məhkəməyə müraciət üçün komissiyaya salacaq.
Məsələ burasındadır ki, vaxtından əvvəl həbsdən azad olmaq üçün həbsxana daxilində qurulan komissiyadan müsbət rəy almaq lazımdır. Bu rəysiz məhkəmədən keçmək olduqca qəliz məsələdir. Lakin Bəxtiyar bu qərara etiraz edərək özü vəkil vasitəsi ilə məhkməyə müraciət edərək hüququnu bərpa etmək istəyib. Xəbər Şəfaət Abbasova yetincə isə o, Bəxtiyarı yanına çağırıb və bildirib ki, müəssisədə rəhbər olmaqla yanaşı həm də məhkəmə hakimidir. Yox deyibsə məhkəmə də onun dediyindən başqa ayrı söz deməyəcək. Ancaq onun bu addımı yalnız və yalnız onun vəziyyətini çətinləşdirməyə gətirib çıxaracaq bir yanlışlıqdır.
Bundan bir gün sonra iyulun 24-də Bəxtiyara bildirilib ki, vərəm müayinəsinə getməlidir və xəstəxanaya hazırlaşsın. Nə baş verdiyini anlamayan B.Novruzov müəsisədən müayinə adı ilə çıxsa da sonradan anlayıb ki, o, Şəfaət Abbasovun qəzəbinə gələrək zondan “qovulub”. Hal-hazırda o, 6 saylı cəzaçəkmə müəsisəsində karsdadır. Səhhəti üçün cəza karserinin ziyanlı olmasını narahatlıqla qarşılayan ailə, baş verənlərdən narahatdırlar.
Məhbus vərəm bəhanəsi ilə başqa müəsisəyə köçürülərək karserə salınıb