Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Britaniya Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyaya qarşı sanksiyaları genişləndirib. İngiltərənin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara ümumilikdə 42 yeni adın əlavə edildiyini açıqlayan İngiltərə Xarici İşlər Nazirliyi, bu şəxslərə səyahət qadağası qoyulduğunu və mal varlıqlarının dondurulduğunu bildirib.
İngiltərə Xarici İşlər Nazirliyindən verilən açıqlamada Rusiyanın ədliyyə naziri Konstantin Çuyçenko və ədliyyə nazirinin müavini Oleq Sviridenkonun sanksiya siyahısına əlavə edildiyi bildirilib. Sözügedən siyahıya Rusiya üzrə 29 vilayət qubernatorunun əlavə olunduğu açıqlansa da, keçən mart ayında İngiltərə tərəfindən sanksiyaya məruz qalan rusiyalı oliqarx Əlişir Usmanovun iki qardaşı oğluna qarşı sanksiyaların tətbiq ediləcəyi bildirilib.
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar paketində daha 42 adı hədəfə alıb