Bağışlayan və Mehriban Allahın adı ilə
1-ci hissə
Sual: Niyə biz Allahı tanımalıyıq? Allahı tanımaq insan həyatına necə təsir edir? Bunu niyə araşdırmalıyıq? Allahı tanımağın nə əhəmiyyəti var? Hansı zərurət bizi kainatın mənşəyi haqqında düşünməyə vadar edir?
Qısa cavab:
Allahı tanımağa bizi vadar edən zərurətlər bunlardır:
1. Kainatla tanışlıq istəyi
2. Minnətdarlıq və təşəkkür etmə hissi
3. Qazanc və zərərlərimizi bu məsələ ilə əlaqələndirmək
4. Elmlər arasında Allahı tanıma elminin üstünlüyü
Allahı tanımağın təsir və bəhrələri də bunlardır:
1. Elmin tərəqqisi
2. Səy və ümid
3. Məsuliyyət hissi
4. Rahatlıq
Ətraflı cavab:
Allahı tanımağın zərurətləri
Bizi ilahi elmi öyrənməyə vadar edən səbəblər aşağıdakılardır:
1. Kainatla tanışlıq istəyi
Gözəl ulduzları olan bu uca səma, aldadıcı mənzərəsi olan bu geniş diyar, bu rəngarəng canlılar, gözəl quşlar, müxtəlif balıqlar, dənizləri və dağlar, güllər və çiçəklər, səmaya ucalan ağaclar və s. öz-özünə yaranıblar, yoxsa bu qəribə rəsmləri bacarıqlı və məharətli rəssam çəkib? Axı hamımızı düşündürən ilk suallar bunlardır: Biz haradan gəlmişik? Biz haradayıq? Bəs biz hara gedirik? Biz bu üç sualın cavabını bilsək nə qədər xoşbəxt olarıq. Yəni bilək ki, həyatımız haradan başlayıb və harada bitəcək və indi bizim vəzifəmiz nədir?
Əsasən, insanın psixoloji xüsusiyyətlərindən biri də uşaqlığın əvvəlindən hər bir insanda fitri olaraq meydana çıxan və ömrünün sonuna qədər davam edən faktları bilmək və həqiqətləri bilmək istəyidir. Bu, bəzən "axtarış hissi" adlandırılan və insanı din kontekstində qaldırılan məsələlər üzərində düşünməyə, haqq dini tanımağa can atmağa vadar edə bilən “haqq axtarmaq fitrətidir”. Bu məsələlər kimi:
Hiss edilməyən və qeyri-maddi (görünməyən) varlıq varmı?
Əgər belədirsə, qeyb dünyası ilə maddi dünya arasında əlaqə varmı?
Əgər əlaqə varsa, maddi dünyanın yaradıcısı olan qeyri-maddi varlıq varmı?
İnsanın varlığı bu maddi bədənlə, həyatı isə dünya həyatı ilə məhdudlaşır, yoxsa başqa bir həyatı var?
Əgər başqa bir həyat varsa, dünya həyatı ilə axirət həyatı arasında əlaqə varmı?
Əgər əlaqə varsa, axirətdə hansı dünyəvi hadisələr təsirli olur və həyatın düzgün proqramını bilməyin yolu nədir?
Hansı proqram insanın hər iki dünyada xoşbəxtliyinə zəmanət verə bilər və nəhayətdə bu proqram nədir?
Bütün bu suallar qarşısında axtarış ruhumuz deyir: Bu suallara cavab tapana qədər dincəlməməlisiniz.
Bəzən avtomobil qəzasında kimsə yaralanır və huşunu itirir və təcili müalicə üçün xəstəxanaya aparılır. Bir az sağalıb özünə gələndə ətrafdakılardan ilk soruşduğu şey budur ki, mən haradayam? Məni bura niyə gətiriblər? Və mən buradan nə vaxt gedəcəyəmm? Bunlar göstərir ki, insan belə suallar qarşısında səssiz qala bilməz. Əsasən, haqqı axtarmaq hissi o qədər dərin və köklüdür ki, hətta ən ali və elmli insanlar, yəni məsumlar (ə) bunu öz varlıqlarında hiss etmişlər.
İmam Sadiq (ə)-a aid edilən dualardandır ki, buyurur:
يَا رَبِّ أَرِنِي الْحَقَّ كَمَا هُوَ عِنْدَك
Allahım, haqqı səninlə olduğu kimi mənə göstər.
Tərcümə etdi: Fərhad Mirzə
Allahı tanımağın zərurəti