İranda tanınmış müctəhid Ayətullah Məhəmməd Sadiq Ruhani vəfat edib

İran, İraq və sair ölkələrdə müqəllidləri olan tanınmış müctəhid Ayətullah Məhəmməd Sadiq Ruhani 96 yaşında vəfat edib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, müctəhid ötən gün 96 yaşında yaşadığı Qum şəhərində vəfat edib.

Ayətullah Məhəmməd Sadiq Ruhaninin ən çox tanınmış əsərlərindən biri də 41 cildlik “Fiqhus-Sadiq” əsəridir.

Ayətullah Sistani bu gün müctəhidin vəfatı ilə bağlı başsağlığı verib.

Qeyd edək ki, Ayətullah Məhəmməd Sadiq Ruhani mərhum Ayətullah Xoinin tələblərindəndir.