Bəzən bizə belə bir sual verirlər: Din əhatə cəhətdən nə qədər böyükdür? Məsələn, hansısa bir hadisəyə din müdaxilə edə bilərmi, yoxsa dinin müdaxiləsi üçün məxsusi hadisələr yaranmalıdır?
Əgər desək ki, din yalnız özünə aid olan hadisələrə müdaxilə edir, demək qəbul etdiyimiz din hadisələrə müdaxilə cəhətdən məhduddur. Məsələn, din sırf dinə aid olan məsələlərdə siyasətə qarışır. Bu o, deməkdir ki, din yalnız dindarların hüquqlarını fikirləşir, onların iqtisadi, elmi və digər məsələlərində səlahiyyətlidir. Bu bizim qəbul etdiyimiz dindir? Əminliklə deyə bilərik ki, xeyir, bu bizim qəbul etdiyimiz din deyil.
Amma və lakin biz qəbul etmədiyimiz bir işi əməlimizlə etsək necə? Məsələn, mən deyirəm yalan çox pis əməldir, amma yalan danışıram. İnkar etdiyimin əksini əməlimlə icra edirəm. Ola bilərmi ki, biz dini kamil qəbul edək, amma bu təkamüldə iştirak etməyək? Məncə bu mümkündür. Necə ki, yalanın pis olduğunu bilirik amma arada əməlimizlə onu icra edirikdə.
Din və baxış bucağı.
Kiçik yerlə böyük yerin fərqi ondadır ki, kiçik yerdə hərəkət etmək çətin olduğu kimi böyük yer tam bunun əksidir. Həmçinin insan bir yerə kiçik bucaqdan baxarsa az, böyük bucaqdan baxarsa isə çox şey görəcəyi şübhəsizidr. Bizim qəbul etdiyimiz din, böyük olduğu üçün əhatəsi də böyükdür. Məsələn, biz deyirik din müddəti bitməyən və hər inkişafla ayaqlaşan inancdır. Əgər iddia etdiyimizə inanırıqsa demək ki, bütün hadisələrin həlli, müdaxiləsi öhdəmizə qoyulan vəzifədir.
Məsələnin aydın olması üçün belə bir sual verək. Din əxlaqı əhatə edir, yoxsa əxlaq dini? Cavab budur ki, din əxlaqı əhatə edir. Eyni sualı siyasət, iqtisadiyyat, hərbi, coğrafiya, biologiya, zoologiyaya aid etsək cavab yenə eyni olacaq.
Özümüzə sual verək: Biz dünyaya hansı formatda baxırıq?
Sahil Rzalı.
Əhatə dairəsi