04 May 2024

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu oldu

İspaniya La Liqasında 2023/2024-cü illər mövsümünün qalibi bəlli olub.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, "Real Madrid" sona 4 tur qalmış çempionluğu təmin edib.

Doğma meydanda "Kadis" klubuna 3 cavabsız qolla qalib gələn "kral klubu" "Barselona"nın səfərdə "Jirona"ya uduzmasından (2:4) sonra qızıl medalları rəsmiləşdirib. Bu, Madrid təmsilçisinin 36-cı La Liqa çempionluğu olub.

Mərakeşdə Qəzzaya dəstək üçün minlərlə insan küçələrə axışıb

İsrailin hücumlarını davam etdirdiyi Qəzza zolağına dəstək məqsədilə Mərakeşdə nümayişlər keçirilib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Mərakeş qeyri-hökumət təşkilatı Ümmət Problemlərinə Dəstək Təşkilatından verilən açıqlamaya görə, 52 şəhərdə 106 fərqli nöqtədə Qəzzaya dəstək nümayişlərinə minlərlə adam qatılıb.

Səudiyyə Ərəbistanından “qanunsuz” həcc ziyarəti ilə mübarizə üçün yeni addım

Səudiyyə Ərəbistanı həcc icazəsi olmadan Məkkəyə vizasız gələnlərlə mübarizə aparmaq üçün yeni tətbiqə başladığını açıqlayıb.

Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi yanında Təhlükəsizlik Baş İdarəsindən verilən yazılı açıqlamada, “qanunsuz” həcc ziyarəti ilə mübarizədə həcc ziyarətini tənzimləyən yeni təlimatların sabahdan etibarən icrasına başlanılacağı bildirilib. 

İnanclı qanunsuz olaraq ciddi rejimli müəssisəyə köçürülərək, otaq şəraitində saxlanılır

Saxta ittihamlarla azadlıqdan məhrum edilən inanclılara qarşı müxtəlif təzyiqlər məhbəs həyatında məhrumiyyət yaşayan insanların təkcə özləri deyil, ailələrini də gərginlikdə saxlamağa gətirib çıxarıb. Bu isə, bəzi ailə başçılarının səhhətində ciddi problemlərə yol açıb.

Penitensiarda özbaşnalıqlar davam edir: “Tapşırıq belədir ki, bura gələn bütün hərəkat üzvüləri karsa salınsın”

Aprelin 26-da 2 saylı cəzaçəkmə müəssisəsinə köçürülən Sadıqov Ələkbər İsrafil oğlu karserə salınıb. 

Bu barədə məlumatı Ələkbərin ailəsi bildirib. 

Onların sözlərinə görə Ələkbər həbsxanada karantinə alınmadan birbaşa karserə salınıb. Həm də bu karantin müddəti 14 gün yox, bütünlükdə 2 ay boyunca təsdiqlənib.

Yəmən silahlı qüvvələrinin “təcavüz üçbucağı”na qarşı əməliyyatın dördüncü mərhələsinin başlanması ilə bağlı mühüm bəyanatı

Yəmən silahlı qüvvələri mayın 3-də bir bəyanatda "təcavüz üçbucağı"na (Amerika, İngiltərə və İsrailə) qarşı əməliyyatlarının dördüncü mərhələsinin başlandığını elan edib.

UEFA Avro-2024-lə bağlı yeni qərarı rəsmən açıqladı

UEFA İcraiyyə Komitəsi Avro-2024-də iştirak edəcək milli komandaların iştirak ərizəsində icazə verilən oyunçu limitinin artırılması ilə bağlı qərar qəbul edib.

"Unikal" UEFA-nın saytına istinadən xəbər verir ki, komandalar iştirak ərizələrinə 26-ya qədər oyunçu daxil edə bilərlər. Əvvəllər maksimum say 23 oyunçu idi.

ABŞ hərbi bazası raketlərlə vuruldu

Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki Əl-Ömər neft yatağındakı Amerika bazası raket atəşinə tutulub.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bazaya 7 raket atılıb. Onlardan 3-ü bazanın ərazisinə düşüb.

Qeyd edək ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən bəri İraq və Suriyadakı Amerika qoşunları vaxtaşırı hücumlara məruz qalır.

BMT: Qəzzada hər gün 37 uşaq anasız qalır

Qəzza sektorunda hər gün 37 uşaq anasını itirərək yetim qalır.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi məlumat yayıb.

Qəzzadakı münaqişə qadınlara qarşı müharibə olaraq qalmağa davam edir. 10 mindən çox (fələstinli) qadın qətlə yeirilib, daha 19 min qadın isə yaralanıb“, – deyə qeyd edilib.

UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırıb

Qəzza sektorunda baş verənləri işıqlandıran fələstinli jurnalistlər mətbuat azadlığı sahəsinə töhfələrinə görə 2024-cü il UNESCO/Guillermo Cano mükafatının qalibləri seçiliblər.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə UNESCO-nun məlumatında deyilir.

Bildirilib ki, seçim media peşəkarlarından ibarət beynəlxalq münsiflər heyətinin tövsiyəsi əsasında baş tutub.

Cahangir Hacıyevin həbsxanada 3 gündür aclıq elan etdiyi bildirilir

Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsində 3 gündür aclıq etdiyi bildirilir. Vəkili Fəxrəddin Mehdiyev AzadlıqRadiosuna bildirib ki, C.Hacıyev saxlanma şəraitinə və müalicəsinə imkan verilməməsinə etiraz edir.

Vəkilin sözlərinə görə, 63 yaşlı C.Hacıyev uzun müddətdir qalxanabənzər vəzin funksional çatışmazlığı, ürək aritmiyası, hipertoniya və başqa xəstəliklərdən əziyyət çəkir. Bu üzdən gündə bir neçə dərman qəbul edir:

Elmar Vəliyevə sui-qəsd işi: ‘6 ildir həbsdəyəm, amma niyə həbs olunduğumu bilmirəm’

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə sui-qəsddə ittiham edilənlərdən biri olan Ceyhun Salahov həbsindən 6 il ötdüyünü deyir. Amma niyə həbs olunduğunu hələ bilmədiyini də sözlərinə əlavə edir. O bu barədə mayın 3-də Ali Məhkəmədəki çıxışında danışıb.

İcra başçısını silahla vurmaqda ittiham olunan Yunis Səfərov və onunla birlikdə mühakimə olunan daha 11 nəfərin işinə bu dəfə Ali Məhkəmədə baxılsa da, onların haqqında çıxarılmış hökm dəyişməyib.