Pakistanın yerli mətbuatının məlumatına görə, Kətta şəhərində Elm Universitetinin yaxınlığında partlayış baş verib. İlkin məlumata görə, bombalı hücum nəticəsində 4 nəfər ölüb, 14 nəfər yaralanıb.
Kətta polisi partlayış nəticəsində 4 nəfərin öldüyünü, 14 nəfərin yaralandığını bildirib. Keçən ilin sentyabrında Kəttada Pakistanın təhlükəsizlik avtomobilini hədəf alan bombalı hücumda bir polis məmuru ölüb, bir neçə nəfər yaralanmışdı. Dekabrın sonunda Pakistanın şimal-qərbindəki Bacaur qəbilə bölgəsində intiharçı hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanmışdı.
Pakistanda partlayış olub