İsrailin İrana qarşı başlatdığı müharibə bir həftəni geridə qoydu. Hər iki tərəfin itki və dağıntıları ilə müşahidə edilən savaşın əsas tərəfi olaraq İsrail İrana atom silahı hazırlamaq ittihamını irəli sürərək bu layihənin dayandırılması bəhanəsi ilə iyunun 13-də onun hava məkanını pozaraq bu ölkəyə silahlı hücum etdi.
Təbii olaraq cavabı gecikməyən İran təkcə İsraili deyil, dünyanı belə çaşqınlıqda qoyan baristik silahlarla İsrailin müxtəlif ərazilərini vuraraq bu ölkədə dərin böhran yarada bilib. Görünən budur ki, savaş davam edir və növbəti günlərdə hansı səhnələrə şahid olacağımız hələ ki, müəmmalıdır.
Məsələ döyüş səhnə iştirakçılarından fərqli olaraq beynəlxaq aləmin də diqqət mərkəzində olaraq ona xüsusi baxış bucağı yaradıb. Əksəriyyətin İrana qarşı mənfi fikirlərin yer alacağı bir ortam gözlədiyi halda, nəticələr tam əksinədir. Artıq Qəzzə savaşından, dinc insanlardan çadır düşərgələrinə qədər əraziləri bombalayan İsrail imici yetərincə zədə alıb. Dünyada az sayda ölkə tapmaq olar ki, İsrailin Qəzzada törətdikləri cinayətləri üçün onu qınamasın.
Hətta beynəlxalq təşkilatlar bu cinayətlər səbəbindən İsrail rəsmilərinə sanksiya da elan ediblər. Ölkələri bürüyən çoxsaylı aksiyalar, hətta qarşıdurma halına qədər gələrək İsrailin cinayətlərini pisləməklə ona nifrət püsgürdü. Kütləvi insan qətli, uşaqların öldürülməsi, xəstəxanaların bombalanması, eyni halda Qəzzə xalqını qida, su və dərman kimi zəruri ehtiyaclardan məhrum edərək əraziyə embarqo İsrail tablosundakı çoxsaylı cinayətlərdəndir.
Buna görə də İsrail bu tip problemləri həll etmədən ehtimallar üzərindən İrana hücumu beynəlxalq aləmdə növbəti hüquq pozuntusu olaraq atdığı addım oldu. Bunun ardınca isə o, iyunun 13-dən 20-nə qədər olan müddətdə birbaşa atom alimlərini hədəfə alaraq onlardan 10 nəfərinə qarşı terror həyata keçirməsi özbaşınalıqları sırasına daha bir beynəlxalq cinayəti əlavə edərək özünü hədəfdə saxlamağa davam etdi.
Məsələ burasındadır ki, beynəlxaq qanunlara görə alimlər heç zaman müharibənin tərkib hissəsi, hərbçilər sırasında yer almadığı üçün birbaşa hədəfə alına bilməzlər. Atom alimləri cəmiyyət və dünya üçün xüsusi əhəmiyyət daşıyan tərəflərdir və onlara qarşı hər hansı bir addım beynəlxalq cinayət hesab olunur.
İsrail rəsmilərinin bildirdiyinə görə müharibənin başlanğıcından hədəfləri sırasında İranın atom alimləri də yer alması isə bir daha İsrail-sionist xislətinin hansı yırtıcılığa malik olmasına əyani sübutdur.
Atom alimlərinə qarşı terror beynəlxalq cinayətdir