Astana görüşü başlayıb

Türkiyə, İran və Rusiyadan olan nümayəndələrin iştirakı ilə Suriya müharibəsinə son qoymaq üçün Astanada keçirilən toplantı başlayıb.
Operativ.tv SHAFAQNA TURKEY -yə istinadən xəbər verir ki, Qazaxıstanın paytaxtı Nur Sultanda Suriyada münaqişənin dayandırılması üçün təşkil edilən 18-ci Astana danışıqları başlayıb.
Danışıqları İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri Əli Əsğər Hacının rəhbərlik etdiyi nümayəndə heyəti müşayiət edir.
Toplantıya Prezident Vladimir Putinin Rusiyadan Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev və Türkiyədən Xarici İşlər Nazirliyinin Suriya üzrə baş direktoru səfir Selçuk Ünal qatılıb.
Danışıqlar zamanı tərəflərin Suriyadakı humanitar və sosial-iqtisadi vəziyyət, Konstitusiya Komitəsinin Cenevrədəki işi, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, girovların azad edilməsi və itkin düşmüş şəxslərin axtarışı, xüsusilə suriyalı qaçqınların geri qayıtması üçün şəraitin təmin edilməsi kimi məsələlərin müzakirə ediləcəyi gözlənilir.