Günahsız məhbuslara azadlıq!

Vətən üçün fədakarlıq etməkdən çəkinməyən Qarabağ qazisi ölüm aclığına başlayıb. Artıq neçə illərdir ki, siyasi əqidəsinə görə qanunsuz şəkildə həbs edilmiş Saleh Rüstəmli ölkədəki haqsızlıqlara və saxtakarlıqlara qarşı etiraz edir. İllərdir ki, günahsız halda həbsdə saxlanılan Qarabağ qazisi həbsdə 1001 cür əziyyət çəkib, səhhətində ciddi problemlər yaranıb. Çoxlarının gizləndiyi vaxtda öz sinəsini düşmən qarşısında sipər etmiş, torpaqların azadlığı üçün can qoymuş birini həbsdə saxlamaq vicdansızlıqdır. Verdiyiniz "Amnistiya" aktı söylədiyiniz sözlərə əsasən, Qarabağ qazilərinə və bu cür xidmətlər edənlərə, onların ailələrinə şamildirsə, o zaman Qarabağ qazisi Saleh Rüstəmlini azad edin. Bu azadlıq onun-günahsız qazinin haqqıdır. Əgər öz qərarınıza, danışdığınız sözə, etdiyiniz çıxışlara hörmətiniz varsa, 10 ildən artıqdır ki, günahsız yerə həbsxanada saxladığınız, Qarabağ döyüşlərində qardaşını şəhid vermiş Hacı Abgül Süleymanov, həmçinin 2-ci Qarabağ müharibəsində oğlu qəhrəmanlıqla döyüşərək,  CƏSUR DÖYÜŞÇÜ medalı ilə təltif olunan Hacı Mövsüm Səmədov da amnistiya aktı ilə azad edilməlidir. Azadlıq onların haqqıdır. Allah zülm əhlini sevməz .

 

Abbas Hüseyn.