ABŞ: Səudiyyə ilə əlaqələrə yenidən nəzər salmaq İran təhdidinə göz yummaq demək deyil

“Bayden administrasiyası OPEC+ qrupunun qərarından sonra Səudiyyə Ərəbistanı ilə münasibətləri nəzərdən keçirərkən İranın təhdidinə göz yummayacaq.”

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays çərşənbə axşamı bildirib ki, prezident Co Bayden administrasiyası OPEC+ qrupunun neft hasilatını azaltmaq qərarından sonra Səudiyyə Ərəbistanı ilə Vaşinqtonun münasibətlərini nəzərdən keçirərkən İranın yaratdığı təhlükəyə də göz yummayacaq.

"Təhlükəsizliklə bağlı problemlər var ki, onların bəziləri İrandan qaynaqlanır. Əlbəttə, biz İranın təkcə region üçün deyil, digər bölgələr üçün də yaratdığı təhlükəyə göz yummayacağıq", deyə Prays əlavə edib ki, ABŞ prezidentinin Ciddə səfəri Körfəz Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün olub, Səudiyyə ilə neftlə bağlı danışıq üçün olmayıb.

Onun sözlərinə görə, Bayden administrasiyasının ilk günlərindən Amerikanın maraqlarına xidmət etmək üçün Vaşintonun Səudiyyə Ərəbistanı ilə münasibətlərinə yenidən baxılması nəzərdə tutulub.

Prays, ABŞ administrasiyasının Səudiyyə Ərəbistanı ilə münasibətlərin hansı formada olması barədə müttəfiqlərlə və Konqreslə məsləhətləşmələr aparacağını deyib.