Tarix boyu rəhbərlər öz yaxınları tərəfindən xəyanətə məruz qalıblar. Bu şəxslərdən də biri ilahi rəhbər olan ikinci imam Həzrət Həsən (ə)-dır. Bizim bu kiçik yazıda o böyük şəxsiyyətin öz yaxınları tərəfindən xəyanətə məruz qalan hadisələri yazmaq fikrimiz yoxdur. Məqsədimiz bu xəyanətin səbəblərini araşdırmaqdır. O Həzrətin (ə) qoşununun bir hissəsi Müaviyə ilə döyüşdə müəyyən bir məbləğ müqabilində Müaviyəyə tərəfə keçməsi çox yandırıcı hadisədir. Çünki həm o Həzrətin (ə) qoşununun müxtəlif təbəqələrdən təşkil tapması, həm də onların tamahkar, dünyaya bağlı olmaları bu xəyanəti asanlıqla etmələrinə gətirib çıxartdı. Tarix bizə bu barədə çox acınacaqlı hadisələri göstərməkdədir. Həmçinin həmin döyüşdə İmamın (ə) yara alması, döyüşdən sonra o böyük şəxsiyyətin çadırına hücum edilməsi tarixdə inkarolunmaz bir hadisədir. Tarix hətta Həzrətin (ə) ayağının altındakı döşənəcəyi belə çəkib apararaq Ağanı (ə) talan etmələrini də qeyd edir. Onu təhqir edib alçaltmaq istədilər. Bütün bunları müsəlmanlar öz imamlarına qarşı ediblər. Sizcə bu işlər müsəlmanların nə qədər mərifətsiz, ədəbsiz olmasına, onların nə qədər dünyaya bağlı olmalarına dəlalət etmirmi? Həmçinin Həzrətin (ə) şəhadət səbəbi öz həyat yoldaşının ona verdiyi zəhər hesabına olmuşdur. O Həzrətin (ə) həyat yoldaşı Müaviyənin yağlı vədinə aldanıb öz doğma həyat yoldaşına, Allahın höccətinə zəhər verməsi o qadının nə qədər tamahkar, dünyagir olmasına dəlalət etmirmi? Baxın, dünya sevgisi insanı hansı cinayətlərə sövq edir? Həm dünyada, həm də axirətdə əbədi bədbəxtliyə gətirib çıxaran dünya sevgisi.
İmam öldürəcək qədər insanı vəhşiləşdirən dünyaya bağlılıq. Bu nəfsani rəzaləti nə zaman tərk edəcəyik? İmam Həsən (ə)-ın mübarək nəşinin babasının yanında dəfn olunmasına icazə verməyən qadının səbəbi nə idi bəs? Dünya sevgisi. Bir imamın başına bu qədər müsibətlərin gəlməsinin səbəbi müsəlmanların dünyaya bağlılığı olmuşdur. Bu bağlılıq onların imama olan mərifətinin üstündən pərdə çəkmişdir. Sonda öncə özümə, sonra isə hər kəsə tövsiyəmiz budur ki, bu rəzil sifəti özümüzdən uzaqlaşdıraq ki, imama xəyanət etməyək. İmam Həsənin (ə) şəhadəti münasibəti ilə Əhli-beyt (ə) dostlarına başsağlığı veririk.
Xəyanətlə üz-üzə