Hasarlanmış Bakıdan - Fotolar

Bakıda Formula 1 yarışları keçirilir

İyunun 19-dan başlayan yarışlar ayın 27-ə kimi davam edəcək.

Yarışlarla bağlı yarış halqasını əhatə edən paytaxtın mərkəzi küçələrinin kənarları dəmir torlarla hasarlanıb.

Maraqlıdır ki, baryerlərə yaxın məsafədə çəkilən dəmir torlu hasarlara parklarda da rast gəlmək mümkündür. 

Sahil bağı dörd tərəfdən metal tellərlə qapadılıb. Buna səbəb orada keçiriləcək konsertlərdir. Belə ki, konsert zamanı bileti olanlardan başqa heç kim içəri buraxılmayacaq. Metal tellərin üzəri də xüsusi vinillərlə qapadılıb ki, kənardan tamaşa etmək mümkün olmasın. Bağın bir hissəsi isə qapadılmayıb. Həmin hissə sırf piyadaların hərəkəti üçün ayrılıb. 

Yarış günlərində "Azneft meydanı"ndan Dəniz Vağzalına qədər olan bulvar ərazisi bağlı olacaq. İyunun 22-də saat 14:00-dan etibarən yalnız bilet sahiblərinin Dənizkənarı Milli Parka çıxışı olacaq. Şəhər sakinləri bu günlər ərzində sadəcə “Park Bulvar” alış-veriş mərkəzindən istifadə edə biləcəklər.

Bulvarın Neftçilər prospekti boyunca olan hissəsi də keçən il olduğu kimi şəhər sakinləri, yarışa bileti olmayanlar və qonaqlar üçün bağlı olacaq.