Hicri-qəməri tarixi ilə bu gün 1444-cü ilin Məhərrəm ayının üçüdür.
Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, artıq bu gün məhərrəm ayının 3-cü günüdür. Məhərrəmin 2-ci günündə İmam Hüseyn (ə) Kərbəla adlı əraziyə daxil olur və orada dayanıb, qərərgah qurulması əmrini verir. Həmən gün İmam (ə), Hürr ibn Riyahinin dəstəsi ilə üz-üzə gəlir. Hürrə verilən əmr İmamın (ə) qarşısına keçib, Kufəyə tərəf gəlməsinə mane olmaq idi.
Məhərrəm ayının 3-cü günündə isə Ömər Səd böyük bir ordu ilə Kərbəlaya çatır. Mənbələrdə Ömərin 4-9 min arası bir ordu ilə gəldiyi bildirilir.
Ömər Səd Kərbəla faciəsində ən çox adı hallanan cinayətkardır. Çünki Kərbəlada olan Yezid qoşununa o başçılıq edirdi və bu faciənin ən qatı cinayətkarı hesab olunur.
Ömər Sədin ən böyük arzusu Rey bölgəsinə (Mərkəzi İran) hakim olmaq idi. İbn Ziyad da onun bu tamahından istifadə edib onu aldadır və bu bölgəni ona vəd verərək Kərbəlaya yollayır.
Ömər Səd Kərbəlaya çatdığı gün İmamın (ə) gedəcəyi istiqamətdə qərargah quraraq Kufə yolunu kəsir. İmam (ə), Ömərin gəlişini görüb Ürvə ibn Qeysi gəlişinin səbəbini öyrənmək üçün onun yanına göndərir.
Məhərrəmin 3-də Kərbəlaya 4 minlik ordu ilə gələn Ömər Sədin, artıq məhərrəmin 7-ə qədər tabeliyində 20 min ordu var idi.
Həmçinin mənbələrdə, məhərrəmin 3-də İmamın (ə) kufəlilərə məktub yazıb göndərdiyi də deyilir.
Qeyd edək ki, Azərbaycan da daxil olmaqla regionun və dünyanın bir sıra ölkələrində Məhərrəm ayı və Aşura faciəsi ilə bağlı əzadarlıqlar keçirilir. Son iki gündə Bakı məscidləri də daxil olmaqla ölkəmizin əksər məscidləri təziyə və əzadarlıq məclislərinin şahididir.
Bu gün Məhərrəm ayının üçüdür, günün tarixi hadisələri