KİV: Rusiya son iki ildə ilk dəfə olaraq Avropaya qaz tədarükündə ABŞ-ni geridə qoyub

Bu ilin may ayında Avropa ölkələrinin Rusiya yanacağından imtina etmək cəhdlərinə baxmayaraq, ölkə regiona qaz tədarükündə ABŞ-ni geridə qoya bilib.

Bu barədə "ICIS" analitik şirkətinin hesablamalarına istinadən “Financial Times” məlumat yayıb.

Bildirilib ki, bu vəziyyət Avropa ölkələrinin Rusiya qazından asılılığı azaltmağın çətinliyini nümayiş etdirir, çünki bəzi Şərqi Avropa ölkələri hələ də öz bu sözügedən ölkədən qaz idxalından asılıdır.

 

APA