İsrailin baş naziri Netanyahu müharibə kabinetini buraxıb

İsrailin baş naziri Benyamin Netanyahu oktyabrın 7-də baş verən hücumlardan sonra yaradılan altı nəfərlik hərbi kabineti buraxıb.

Bildirilib ki, İsraildə korrupsiya ittihamı ilə üzləşən və Qəzzada müharibəni davam etdirdiyinə görə cəmiyyətin böyük bir təbəqəsi, o cümlədən HƏMAS-ın saxladığı məhbus ailələri tərəfindən tənqid edilən Baş nazir Benyamin Netanyahunun müharibə kabinetini ləğv etdiyi bildirilib.

Reuters xəbər agentliyinin İsrail rəsmisinə əsaslanaraq verdiyi xəbərdə, Netanyahunun bazar ertəsi Benny Gantz-ın gedişindən sonra gözlənilən bir inkişaf olan altı nəfərlik kabineti dağıtdığı ifadə edildi.

Netanyahunun müdafiə naziri Yoav Gallant və strateji işlər naziri Ron Dermer də daxil olmaqla, hərbi kabinetində kiçik bir nazir qrupu ilə Qəzzada davam edən münaqişə ilə bağlı məsləhətləşmələr aparacağı gözlənilir.

Baş nazir koalisiyasındakı millətçi-dini tərəfdaşları, maliyyə naziri Bezalel Smotrich və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin müharibə kabinetinə daxil edilməsi tələbləri ilə üzləşmişdi. Bu addımın ABŞ daxil olmaqla beynəlxalq tərəfdaşlarla gərginliyi artıracağı düşünülür.

Müharibə kabineti Gantz oktyabr ayında müharibənin başlanğıcında milli birlik hökumətində Netanyahuya qoşulduqda formalaşdı və Gantzın ortağı Qadi Eisenkot və Şas dini partiyasının rəhbəri Aryeh Deri də müşahidəçi qismində iştirak etdilər.

Gantz və Eisenkot keçən həftə Netanyahunun Qəzza müharibəsi üçün strategiya yaratmaması səbəbindən fövqəladə hökuməti tərk etdiklərini açıqladılar.

Netanyahuya növbədənkənar seçkilərin keçirilməsinə çağıran Gantz həmçinin müdafiə naziri Yoav Gallantın hökumətdən çəkilməsini tələb edib.

Netanyahunun ifrat sağçı koalisiyasında mərkəzə yaxın bir xəttdə siyasətlə məşğul olan son fiqur olaraq xarakterizə edilən Gantsın istefası İsrail baş nazirinin ifrat sağçı müttəfiqlərindən daha da asılı olması kimi şərh edilib.