İsraildə etirazlar pik həddə çatıb

Oktyabrın 7-də Əl-Əqsa daşqından sonra ən böyük etiraz sionist İsraildə keçirilib. Paytaxt Təl-Əvivdə keçirilən etiraz aksiyası zamanı baş nazir Netanyahu istefası və atəşkəs tələb olunub.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, sionist rejimin baş naziri Benyamin Netanyahuya qarşı etirazlar davam edir. Aksiya iştirakçıları ölkələrini atəşkəsə müqavimət göstərməməyə çağırıblar.

On minlərlə israilli ölkə daxilində təşkil edilən nümayişlərdə məhbus mübadiləsi razılaşması, baş nazir Netanyahunun rəhbərlik etdiyi hökumətin istefası və erkən seçki tələblərini bir daha təkrarlayıb.

Başda paytaxt Təl-Əviv olmaqla, ölkənin bir çox müxtəlif yerlərində, həmçinin Qərbi Qüds, Hayfa və Natanya şəhərlərində nümayişlər keçirilib.

Təl-Əvivdəki etirazların ünvanı polisin dəmir baryerlərlə bağladığı Kaplan küçəsi olub ki, bu da Netanyahu hökumətinin məhkəmə qaydalarına qarşı keçirilən nümayişlərin simvoluna çevrilib.

Hər həftə keçirilən mərkəzi nümayişə qatılan on minlərlə israilli Qəzzada əsirlərin azad edilməsi üçün dərhal mübadilə razılaşması tələb edib.

Minlərlə etirazçı qatil Netanyahu və onun hökumətindəki siyasətçilərə qarşı pankartlar, plakatlar və bannerlər qaldırıb, küçədə qurulan platformada hökuməti tənqid edən çıxışlar edilib.

Sionist İsrail mətbuatında yer alan xəbərlərdə bu həftə Təl-Əvivdə keçirilən nümayişin oktyabrın 7-dən bəri keçirilən nümayişlərin ən böyüyü olduğu bildirilib.

Digər tərəfdən, nümayişdə çıxış edən işğalçı İsrailin əsas müxalifət lideri Yair Lapid hökuməti dərhal istefaya və növbədənkənar seçki keçirməyə çağırıb.