İsrail ordusu Qəzzaya yenə zərbələr endirib

İsrail ordusu Qəzza zolağının mərkəzinə dəqiq zərbələr endirdiyini bildirib.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda iddia olunur ki, zərbələr zamanı HAMAS-ın silahlı qrupları tərəfindən silah saxlamaq üçün istifadə edilən üç obyekt vurulub.

Güya anbarlarda minaatan mərmilər, tank əleyhinə raket qurğuları, partlayıcı qurğular, odlu silahlar və digər silahlar olub.

İsrail belə bir bəhanə ilə Qəzzanı xarabalığa çevirməklə 70 mindən artıq əhalini qətliam edib. Elə İsrail rəsmilərinin söylədiyinə görə belə hücumlar nəticəsində onlar Qəzzanın böyük hissəsini nəzarətləri altına alıblar. Növbəti zərbələrlə nəzarəti daha da genişlətmək fikirindədirlər. Bununla da İsrail Fələstin torpaqlarında işğal siyasəti davam etdirir.