Yəməndə məscidə qumbara atılması nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb

Yəmənin şərqindəki Hadramaut əyalətində məscidə qumbara atılması nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb.

Operativtv.com bu barədə Report-a istinadən xəbər verir.

Bildirilib ki, hücum edən şəxs Vadi Haul kəndindəki məsciddə cümə namazı qılınan zaman əl qumbarası atıb.

Qeyd edilib ki, təhlükəsizlik orqanları həmin şəxsi saxlayıb.