Xəlifə Haftar Liviyada prezidentliyə namizədliyini verəcəyini bldirib

“Liviya Ordusu”nun komandanı Xəlifə Haftar ölkədə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Xəlifə Haftar bunu Liviyanın Acdabiya şəhərinə səfəri çərçivəsində deyib.

“Liviya Ordusunun ölkə xalqını və onun müqəddəratını qorumağı öhdəsindən atmayacağını” bildirən Haftar gələn seçkilərdə namizədliyini irəli sürəcəyini deyib.

Haftar Liviyada hərbçiləri seçkilərdə namizədliyini verməyə qoymayan konstitusiya layihəsinin əleyhinə olduğunu da dilə gətirib.

O, həmçinin Tripoli və ətraf əyalətləri nəzarətdə saxlayan “Milli Birlik Hökuməti”nə “əslində silahlı birləşmələrin başçılıq etdiyini” deyib və “bu birləşmələrdən Liviya dövlətinin qurulmasına imkan vermələrini” istəyib.