Xanım Ruqəyyənin (s.ə.) məzarı başında əza məclisi

Səfər ayının üçüncü gecəsi dünyanın bir çox ölkələrində İmam Hüseynin (ə) xanım qızı Hz Ruqəyyəyə (s.ə.) əza tutulub. Bu məclislər içində Suriyanın paytaxtı Dəməşqdə Həzrət Ruqəyyənin (s.ə) pak məqbərəsində keçirilən məclis daha diqqətçəkici olub.

Belə ki, İsrailin Suriyaya intensiv hücumları, eyni halda sələfi İŞİD-çilərin terror aktları burada vəziyyəti daim gərgin nöqtəyə çəkir. Bununla yanaşı ərazidə keşik çəkən Hərəm Müdafiəçilərinin müqəddəs ocaqları müdafiəsi bu gün bu dəyərli məkanlarda əzadarlığı qoruya bilib.

Minlərcə ziyarətçinin qatıldığı Xanımın əza məclisi böyük coşqu yaradıb. Fəxri qomnaq olaraq məclisə İranın məşhur məddahı Mehdi Rəsuli də qatılıb.