Venesuela və “Chevron” neft hasilatını artırmaq üçün müqavilə imzalayacaqlar

Venesuela hakimiyyəti və Amerikanın “Chevron” şirkəti yaxın saatlarda respublikada neft hasilatının artırılmasına dair müqavilələr imzalayacaq.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Venesuelanın neft sənayesi naziri Tarek əl-Ayssami bildirib.

"Chevron” şirkətinin (Venesuelada) (nümayəndəliyi) prezidenti Xavyer La Rosa ilə uğurlu görüş keçirdim. 2023-cü ildə şirkətin Venesuelada fəaliyyət göstərməsinin 100 ili tamam olacaq", - nazir tviterdəki səhifəsində yazıb.

"Yaxın saatlarda biz Venesuela konstitusiyasına və qanunvericilik aktlarına uyğun olaraq əvvəlki kimi birgə müəssisələrin və neft hasilatının inkişafına təkan vermək üçün müqavilələr imzalayacağıq", - o vurğulayıb.

ABŞ rəsmiləri Karakasa qarşı sanksiyalara baxmayaraq, şənbə günü bildiriblər ki, “Chevron”a Venesuelada neft hasil edib Birləşmiş Ştatlara göndərməyə icazə veriləcək.