Vatikan İrandan regional müharibədən çəkinməsini istəyib. Əl-Cəzirə yazır ki, Vatikanın dövlət katibi kardinal "Pietro Parolin" İranın yeni prezidenti Məsud Pezeşkian ilə telefon danışığı zamanı Tehrandan "dialoq, danışıqlar və sülh" danışıqlarını davam etdirməsini istəyib.
Vatikandan verilən açıqlamaya görə, Parolin Roma Papasının Yaxın Şərqdə baş verənlərlə bağlı dərin narahatlığını ifadə edərək, nəyin bahasına olursa olsun, çox ciddi və qaçılmaz bir münaqişənin böyüməsinin qarşısını almaq lazım olduğunu, dialoq, danışıqlar və sülhün bərqərar olması lazım olduğunu vurğulayıb.
Vatikan İsrailin Qəzzada apardığı müharibəyə balanslı münasibət bəslədiyini bildirməklə yanaşı, atəşkəs, Qəzzaya humanitar yardımların artırılması və müharibənin sona çatmasının zəruriliyini də vurğulayıb.
Vatikan İrandan "regional müharibənin qarşısını almağı" xahiş etdi