Unutmadıq...

2015-ci ildən etibarən fəaliyyət göstərən, gənc lider Tale Bağırzadə tərəfindən yaradılan Müsəlman Birliyi Hərəkatı, yaradıldığı gündən rejim tərəfindən ciddi təzyiqlərə məruz qalmasına baxmayaraq öz fəaliyyəti ilə günbəgün xalqın məhəbbətini qazanmaqdadır. 
 Müsəlmanların rifahı, birliyi və ədalətin bərqərar olmasını öz məramı bilən bu hərəkat, təbii olaraq Azərbaycanı öz mülkü bilib sərvətini talayan, xalqın boğazından kəsib yadellilərə ərməğan edən rejimi narahat etməyə bilməzdi. Məhz buna görə, yaradıldığı ilk gündən amansız iftiralara və təzyiqlərə məruz qalmış, lakin bir an olsun hakimiyyətin yaratdığı hədə-qorxu çənbərində geriyə addım atmamışdır. Nəhayət, 2015-ci il, 26 Noyabr tarixində, rejim öz daxili simasını çılpaqlığı ilə nümayiş etdirmiş və qanlı Nardaran hadisəsini törətmişdir. Hərəkat üzvlərinin imam Hüseynə (ə) əza saxladığı evə hücum tərtib edərək 4 qardaşımızı şəhid etmiş və 70-ə yaxın insanı saxta ittihamlarla uzun müddətli həbsə məhkum etmişdir. Prosesin gedişatı zamanı qardaşlarımıza amansız işgəncələr verərək qurduğu saxta ittihamları, o cümlədən dövlət əleyhinə çevriliş, şəriət dövləti qurmaq, xarici qüvvələr tərəfindən maliyələşərək təlimat almaq kimi əsassız ittihamları qəbul etdirməyə çalışmışlar. Təxminən 2 il davam edən məhkəmə prosesində rejimin qurduğu saxta plan daşa dəymiş, iddia etdikləri saxta ittihamların əsassız olduğu məlum olmuşdur. Xalqı, qurduqları  oyuna inandırmaq üçün özünün 2 polis əməkdaşını öldürməkdən çəkinməyən bu rejim, bu gün də Müsəlman birliyi hərəkatının üzvlərindən əl çəkmir. Onları, öz inanclarını yaşadıqları, zülmlə barışmadıqları və haqqlarını tələb etdikləri üçün, zaman zaman müxtəlif iftiralarla zindanlara məhkum edir. 
 Biz bu tarixi unutmayacaq və unutdurmayacayıq!

 

MBH İH-nin üzvü Toğrul Nuri.