Türkiyə hərbçiləri 22 terrorçunu zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqın şimalında keçirdiyi antiterror əməliyyatlarında son iki gündə 22 terrorçu zərərsizləşdirilib.

Operativtv.com Unikal-a istinadən Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, terrorçuların 10 İraqın, 12-si isə Suriyanın şimalında zərərsizləşdirilib.

Xatırladaq ki, noyabrın 25-də Türkiyənin milli müdafiə naziri Hulusi Akar Suriya və İraqın şimalında keçirilən “Pəncə-Qılınc” əməliyyatı çərçivəsində indiyədək 326 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.