Tokayev: Qazaxıstanın konstruktiv xarici siyasəti Rusiya və Çinlə münasibətlərə əsaslanacaq

Qazaxıstan hakimiyyəti balanslaşdırılmış, konstruktiv xarici siyasəti davam etdirəcək, əsas diqqət Rusiya və Çinlə münasibətlərə yönələcək. 

Operativtv.com SalamNews-a istinadla verdiyi xəbərə görə, bunu şənbə günü Qazaxıstan lideri Kasım-Jomart Tokayev andiçmə mərasimində bildirib. 

"Qazaxıstan milli maraqların qorunmasına yönəlmiş balanslaşdırılmış, konstruktiv xarici siyasət həyata keçirməyə davam edəcək. Prioritet diqqət qonşu dövlətlərlə - Rusiya, Çin və Mərkəzi Asiyadakı qardaş ölkələr, inteqrasiya birliklərindəki tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq məsələlərinə yönələcək", deyə prezident qeyd edib. 

Onun sözlərinə görə, respublikanın hökümət orqanları ABŞ, Aİ, Asiya, Yaxın Şərq və Qafqaz dövlətləri, eləcə də bütün maraqlı ölkələrlə çoxşaxəli əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcək. 

"Qazaxıstan müasir beynəlxalq hüquqa və BMT Nizamnaməsinə sadiq qalacaq", deyə Tokayev əlavə edib.