Talibanının ümummilli hücum əmri

Operativtv.com Sputnik-a istinadən xəbər verir ki, Pakistan Talibanı (Təhriki-Taliban Pakistan) hökumətlə atəşkəsə son verdiyini və ümummilli hücum əmri verdiyini açıqladı.

Bildirilir ki, Pakistan Talibanı iyun ayında hökumətlə razılaşdırılmış atəşkəsi ləğv edib və döyüşçülərə ölkə daxilində hücumlar təşkil etməyi əmr edib. Qurumun verdiyi açıqlamada, "Mücahidlərə qarşı müxtəlif bölgələrdə hərbi əməliyyatlar davam etdiyi üçün, ölkənin harasında olursunuzsa olun, hücumlar həyata keçirməyiniz mütləqdir".