“Taliban” Əfqanıstanda qədim sinaqoqu və mikvanı bərpa edəcək

Əfqanıstana nəzarət edən “Taliban” hərəkatı hökuməti ölkənin Herat şəhərindəki qədim Yoava sinaqoqu və mikvanın (yəhudilikdə su hövzəsi) bərpa edəcəyini bildirib.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə “Newsru.co” yayıb.

Məlumata görə, bu, Heratdakı 4 qədim sinaqoqdan biridir. Bu ibadət yeri 1393-cü ildə tikilib. Uzun illərdir təyinatı üzrə istifadə edilmir. Bildirilib ki, Əfqanıstanda yəhudi icması yoxdur. Axırıncı icma üzvləri 2021-ci ildə ölkəni tərk edib.

Bildirilib ki, ibadət yerinin bərpasına İsveçrədəki “Aliph” fondu 500 min dollara yaxın maliyyə vəsaiti ayırıb.