Suriyanın Suveyda şəhərində iğtişaşçılar bəzi hökumət binalarını yandırıblar

Suriyanın Suveyda əyalətinin inzibati mərkəzi Suveyda şəhərində iqtisadi vəziyyətlə bağlə başlayan etirazlar iğtişaşlarla nəticələnib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, ötən gün axşam saatlarında iqtisadi vəziyyətlə bağlı Suveyda şəhərində başlayan etirazlar az keçməmiş iğtişaşlara çevrilib.

Bu iğtişaşlarda bir sıra hökumət binaları, eləcə də əyalət rəhbərliyinin binası və idarəsi yandırılıb.

İğtişaşçılar şəhərdə polis idarəsini də ələ keçirməyə cəhd ediblər. Polis qüvvələri qarşılıq verib. Bir polisin həlak olduğu və digərlərinin yaralandığı deyilir.

Suriya Daxili İşlər Nazirliyi İordaniya ilə sərhəddə, habelə İsrail tərəfindən işğal edilmiş Colan Yüksəklikləri yaxınlığında yerləşən bölgədə təhlükəsizliklə bağlı tədbirlərini artırıblar.