Suriyada ABŞ qərargahına raketlərlə hücum edilib

Suriyada Fərat çayının şərqində ABŞ və separatçı kürd bölmələrinin nəzarətində olan hərbi qərargah raketlərlə hədəfə alınıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, ABŞ Ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) ötən axşam belə bir hücumun həyata keçirildiyini təsdiqləyib.

Məlumata görə hədəfə alınan qərargah Həsəka əyalətinin əş-Şədadi rayonu ərazisində yerləşir.

Bura dörd raket atılıb.

CENTCOM mənbələri hücum nəticəsində hər hansı bir canlı və maddi xəsarətlərin olmadığını bildiriblər.

Qeyd edək ki, ABŞ və onun dəstəklədiyi separatçı kürd bölmələri 2014-cü ildən başlayaraq Suriyada Fəratın şərqini İŞİD-lə mübarizə adı altında zəbt ediblər.