Səudiyyənin Yəmənin Hudeyda əyalətinə artilleriya hücumu davam edr

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiya qüvvələrinin Yəmənin qərbindəki Hudeyda əyalətinə hava və artilleriya hücumları artmaqdadır.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, “Əl Məsirə” telekanalının məlumatına görə, Yəmənin qərbindəki Hudeyda əyalətinin müxtəlif bölgələrinə Səudiyyə Ərəbistanının raket və artilleriya hücumları davam edir.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiya qüvvələrinə məxsus kəşfiyyat və casus pilotsuz uçuş aparatları (PUA) Hays və Əl-Cəbəliyə rayonlarının səmasına daxil olub.

Xəbərdə ərəb koalisiya qüvvələrinə məxsus silahlı pilotsuz uçuş aparatlarının (SİHA) Hays rayonunu hədəf aldığı bildirilib.

Hays və əl-Cəbəliyə Səudiyyə artilleriyasının atəşinə məruz qalıb.

Aprelin 2-də Birləşmiş Millətlər Təşkilatının (BMT) vasitəçiliyi ilə əldə edilmiş müvəqqəti atəşkəs oktyabrın 2-də başa çatıb.

BMT-nin məlumatına görə, 2014-cü ildən bəri davam edən müharibə birbaşa və ya dolayısı ilə yüz minlərlə insanın ölümünə və dünyanın ən pis humanitar böhranına səbəb olub.