Səudiyyə Ərəbistanı və İraq OPEC+ formatını davam etdirəcək

Səudiyyə Ərəbistanı və İraq OPEC+ formatı çərçivəsində işləməyə davam edəcək.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Əl Səud və onun iraqlı həmkarı Hayyan Abdel Qani Ər-Riyad görüşündən sonra verdikləri birgə bəyanatda nazirlər “OPEC+ çərçivəsində işləməyin vacibliyini vurğulayıblar.

Tərəflər neft bazarının sabitliyi təmin etmək üçün əlavə tədbirlər görəcəklərini deyiblər.

Daha əvvəl “The Wall Street Journal” xəbər vermişdi ki, Səudiyyə Ərəbistanı və digər üzv olan ölkələr dekabrın 4-də keçiriləcək OPEC+ toplantısında neft hasilatının sutkada 500 min barel artırılması ilə bağlı qərarın qəbul edilməsi imkanını müzakirə edirlər.

Oktyabrın 5-də keçirilən əvvəlki iclasda təşkilat üzvləri hasilatı noyabr ayından sutkada 2 milyon barel azaltmaq barədə razılığa gəlib.