Şeyx İsa Qasimin Hersoqun Bəhreynə səfərinə reaksiyası

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Bəhreyn inqilabının mənəvi lideri Şeyx İsa Qasim Manama səfəri zamanı İsrail rejimin başçısı İshaq Hersoqun tvitinə reaksiya verib. Şeyx öz Tvitter hesabında deyib: Sionist rejimlə münasibətləri normallaşdırmaq vətənə xəyanətdir və sionist rejim prezidentinin pis addımları ilə Bəhreyni çirkləndirmək millətimizin şərəfinin ödəyə bilməyəcəyi rüsvayçılıqdır. Qürurlu millətimizin söz və hərəkətləri belə ifadə edir: Sionist rejimin başçısının hüzuru ilə iman və izzət torpağını çirkləndirməsin, o, təcavüzkar və intiqamçı düşməndir.”

Şeyx İsa Qasim İslam və ərəb xalqlarını müsəlmanların bütün dəyər, mənafe və sərvətlərini hədəfə alan sionist rejimə qarşı düşmənçiliklərini artırmağa çağırıb. Bəyanatdan sonra Bəhreyn xalqı İsrail rejim prezidentinə qarşı küçələrə axışıb: “Ölkəmizdən get!”, “Kəhv olsun İsrail!”, “İshaq Hersoq yox!”, “İsrail devrilməlidir!”, “ İsrail terrorçudur!" "Amerika devrilməlidir!" şüarlar səsləndirdilər.

İsrail mənbələri İshaq Hersoqun Bəhreyn kralı Həmd bin İsanın dəvəti ilə bu gün Manamaya səfər etdiyini açıqlayıb. İsrailin 13-cü kanalı xəbər verib ki, İshaq Hersoqun bu səfəri zamanı o, Bəhreyn kralı, ölkənin yüksək vəzifəli şəxsləri və Manamadakı yəhudi azlığının nümayəndələri ilə görüşəcək.

BƏƏ və Bəhreyn İsrail rejimlə münasibətləri normallaşdırdıqdan təxminən iki il sonra aparılan sorğuya əsasən, bəhreynlilərin 80%-dən çoxu İsrail rejimlə münasibətlərin normallaşdırılmasına qarşı olduqlarını bildiriblər. İsrail “Donald Trampın” başçılıq etdiyi keçmiş ABŞ administrasiyasının vasitəçiliyi ilə 2020-ci ilin sentyabrında BƏƏ və Bəhreyn ilə münasibətlərin normallaşdırılmasına dair saziş imzalayıb. Bundan əlavə, bu rejim Mərakeş və Sudanla 2020-ci ilin sonuna qədər normallaşma müqaviləsi imzalayıb.