Əsəddən Türkiyə ilə görüşə yaşıl işıq

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd mətbuat mənsubları ilə görüşündə Türkiyə ilə əlaqələrin bərpası ilə bağlı açıqlama verərək "Ankara ilə danışıqlarımız hələlik kəşfiyyat strukturlarınınki səviyyəsindədir. Lakin bu, danışıqların səviyyəsinin artmasına səbəb olacaq. Türkiyə Dəməşqin tələblərinə cavab verməyə hazır olduğunu bəyan edib. Ancaq biz Türkiyənin sadəcə danışmasını gözləmirik, ondan hərəkət və əməli addımlar da istəyirik. Ankara bəzi ərəblərdən daha sadiq ola bilər, amma Türkiyənin siyasi manevr və ya ciddi bir rəftar nümayiş etdirdiyini hələlik təxmin etmək mümkün deyil” deyib.