SANA: ABŞ Suriya neftini oğurlamağı davam etdirir

 ABŞ qüvvələri neftlə dolu 76 maşını Suriyanın şimalından İraqın şimalına keçirib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Suriyanın dövlət xəbər agentliyi SANA məlumat yayıb.

Agentlik bildirib ki, bu gün ABŞ qüvvələri Suriyanın Həsəkə əyalətindən daha 76 neft maşınını qeyri-qanuni əl-Mahmudiyyə sərhəd keçidindən keçirməklə İraqın şimalına aparıblar.

Əlavə edilib ki, carı ayın 12-də ABŞ qüvvələri Həsəka əyalətindən İraqın şimalında 93 yük maşını keçiriblər ki, bu maşınlarda neft və buğda yükləri olub.

Qeyd edək ki, ABŞ və onun dəstəklədiyi separatçı kürd bölmələri 2014-cü ildən İŞİD-lə mübarizə adı altında bölgəni zəbt etməyə başlayıblar. Hazırda Suriyada Fərat çayının şərq bölgələrinin böyük əksəriyyəti ABŞ və separatçı kürd bölmələrinin nəzarətindədir.