"Sabah" klubunun cəriməsi ləğv olunub

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Sabah" klubunun şikayətini təmin edib.

Operativtv.com Report-a istinadən xəbər verir ki, AFFA İntizam Komitəsinin noyabrın 3-də paytaxt təmsilçisinə verdiyi 4 000 manatlıq cərimə ləğv olunub.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XII turunda keçirilmiş "Sabah" - "Qəbələ" (2:1) görüşündə hər iki komandanın azarkeşləri arasında kütləvi intizamsızlıq baş verib, fanatlar iğtişaş törədiklərinə görə klublar ayrı-ayrılıqda 4000 manat cərimə edilmişdi.